19 Aralık 2021 Pazar

ŞƏHİD QARDAŞIM-şeiri Rəksanə Ramil qızı MƏHƏRRƏMOVA

 Nə qədər arzular getdi qəlbində,

Nə qədər xəyallar getdi səninlə,

Qısa ömründə üzün güldümü,

Xoşbəxt yaşadınmı Şəhid Qardaşım..!?


Səni vuran o namərdi əlimlə,

Kaş öldürmək qismət olaydı mənə.

Sənin qisasını aldı əsgərlər,

İndi xoşbəxtsənmi Şəhid Qardaşım..!?


Sən Anandan heçdə nigaran qalma,

Anan səndən əmanətdir bizlərə,

Nigaran  qalma qardaş,bacından

Orda xoşbəxt ol Şəhid Qardaşım.

ŞƏHİD ELŞƏNİM

 Həyatın çox çətin anları olur,

Gedəni qaytarmaq olmur Elşənim.

Hər an düşünürəm gözlərim dolur,

Qurumur gözlərim bir an Elşənim.


İnan ki, hər bir an qəlbimizdəsən,

Bu gözəl xalqının ürəyindəsən,

Vətənin əsl mərd,qəhrəmanısan

Biz sənsiz neylərik axı Elşənim.


Gülən gözlərini özlədim sənin, 

Gözəl avazını özlədim sənin, 

O təmiz qəlbini özlədim sənin,

Nur üzlü qardaşım-Şəhid Elşənim.

ŞƏHİD MUXTARIM

 Səninlə qürur duyur inan xalqımız,

Sən mənim fəxrimsən igid Muxtarım. 

Çox özlədim səni geri dön artıq,

Həyat nə çətindir sənsiz Muxtarım.


Vətənin sənin kimi igid oğlu var,

Səni çox sevən oğlu, qızı var. 

Daim qəlbimizdə sənin yerin var, 

Ruhun şad olsun-Şəhid Muxtarım💔🇦🇿🤲

ŞƏHİD MEHRABIM

Şəhidlik oldu qismətin sənin,

Gözəl mərtəbəyə yüksəldin Mehrab.

Qarabağ uğrunda canını verdin,

Xalqının gözündə dağ oldun Mehrab.


Bu necə bir hissdir anlatmaq olmur,

Həm kədər hissidir həm də ki qürur,

Gedəndən göz yaşlarım inan qurumur,

Ruhun şad olsun Şəhid Mehrabım. 😣🥀