19 Aralık 2021 Pazar

ŞƏHİD ELŞƏNİM

 Həyatın çox çətin anları olur,

Gedəni qaytarmaq olmur Elşənim.

Hər an düşünürəm gözlərim dolur,

Qurumur gözlərim bir an Elşənim.


İnan ki, hər bir an qəlbimizdəsən,

Bu gözəl xalqının ürəyindəsən,

Vətənin əsl mərd,qəhrəmanısan

Biz sənsiz neylərik axı Elşənim.


Gülən gözlərini özlədim sənin, 

Gözəl avazını özlədim sənin, 

O təmiz qəlbini özlədim sənin,

Nur üzlü qardaşım-Şəhid Elşənim.

0 comments:

Yorum Gönder

Xahiş Olunur Etikadan Kənara Çıxmayasınız !