19 Aralık 2021 Pazar

ŞƏHİD QARDAŞIM-şeiri Rəksanə Ramil qızı MƏHƏRRƏMOVA

 Nə qədər arzular getdi qəlbində,

Nə qədər xəyallar getdi səninlə,

Qısa ömründə üzün güldümü,

Xoşbəxt yaşadınmı Şəhid Qardaşım..!?


Səni vuran o namərdi əlimlə,

Kaş öldürmək qismət olaydı mənə.

Sənin qisasını aldı əsgərlər,

İndi xoşbəxtsənmi Şəhid Qardaşım..!?


Sən Anandan heçdə nigaran qalma,

Anan səndən əmanətdir bizlərə,

Nigaran  qalma qardaş,bacından

Orda xoşbəxt ol Şəhid Qardaşım.

0 comments:

Yorum Gönder

Xahiş Olunur Etikadan Kənara Çıxmayasınız !